Siber-saldırı-Nasıl-Yapılır-Siber-saldırı-kimlere-yapılır-Siber-saldırılar-hang-nlülere-yapılmış

Türkiyədə bu ayı dinləyiciləri üçün "Xocalı ayı” olaraq, elan edən "Yaşıl Qaradəniz” radiosuna xaker hücumu olub.

Bu barədə Yenicag.az-a azərbaycanlı yazar Kəbutər Haqverdi məlumat verib. 

Onun sözlərinə görə, "Radio bu qərarı verdikdən sonra aparıcı Fatma Çengizə qarşı sosial şəbəkələrdə ermənipərəst qüvvələrin hücumu başladı. Həqarətlərə uğrayan aparıcı separatizmdə belə suçlandı. Ancaq buna baxmayaraq, Xocalı ilə bağlı mənim romanlarımın oxunması davam etdi. Müəllifi olduğum "Qar qan rəngindəydi” kitabımdan sonra "Cənnətdən sürgün” romanlarım oxunurdu. Artıq dörd gündür ki, radionun saytı xakerlər tərəfindən dağıdılıb və siber hücum elə güclü şəkildə davam edir ki, fəaliyyət göstərə bilmirlər. Sadəcə, xakerlərin erməni qruplar olduqları müəyyənləşdirilib”.

Kəbutər Haqverdi qeyd edib ki, radio bu mövqeyindən geri çəkilmək niyyətində deyil və onun romanları bitdikdən sonra da Azərbaycan mövzusu davamlı olaraq, işləniləcək.(yenicag.az)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300