"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polis bölməsindən tərk etdikdən sonra feysbukda status yazıb. 

Baş redaktor polis bölməsində ciddi mesaj aldığını açıqlayıb: 

"4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, "özün bilirsən" dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. "Hansı işlərlə" dedim, "yox, elə-belə dedim" dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. "Söz adamları da gedirlər" dedi.
 
"Hara" dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. "Məni təhdidmi edirsiniz?" dedim, "yox, mən sadəcə səninlə tanış oluram" dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi - hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və... çıxdım.

Bunu çox ciddi mesaj və xəbərdarlıq olaraq qəbul edirəm. Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım.

Dostlar, hamınıza təşəkkür edirəm. Bütün duyarlı həmkarlarıma, saytlara, xəbər portallarına, dostlara, mənimlə polis bölməsinə qədər qələm adamlarına - Ramin Dekoya, Ilkin Pirəliyə - , narahatçılıq keçirən, mənimlə o narahatçılığı bölüşən hər kəsə mütəşəkkirəm. Var olun!"
 
Qeyd edək ki, Ə.Zeynallı 2002-ci ildən «Xural» qəzetinin baş redaktorudur. 

O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

Baş redaktor isə o zaman bütün ittihamları rədd edərək, ona açıqlan cinayət işinin siyasi sifariş olduğunu bəyan etmişdi. Beynəlxalq təşkilatlar Əvəz Zeynallını siyasi məhbus kimi tanıyıblar. 

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.



 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300