Türkiyə Silahlı Qüvvələrinin Hakkari vilayətinin Çuxurca mahalında həyata keçirdiyi əməliyyat nəticəsində 100-dən çox PKK terrorçusu öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı 7 türk əsgəri şəhid olub, 21-i isə yaralanıb.
Bölgədə qırıcıların və artilleriyanın da iştirakı ilə əməliyyatların davam etdirildiyi bildirilib.