Məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə, müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir.

Maraqlı nüanslardan biri odur ki, qeyd olunan şəkildə bankın adı qeyd olunmayıb.

Vəkil Anar Qasımov deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, banklar ilk dəfə deyil ki, bu addımı atır: "Əslində bu ilk insident deyil. Sumqayıtda yerləşən banklardan biri müştərinin yaşadığı binanın blokuna onun şəklini yapışdırmışdı. Biz bu məsələ ilə bağlı bankın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik.


Məhkəmədə biz məbləği kifayət qədər yüksək qoymuşduq. Amma məhkəmə müştəriyə vurduğu mənəvi ziyana görə 2000 manat təzminat kəsdi. Eyni zamanda, bank müştərinin şəklini yapşdırdığı yerlərdə üzrxahlıq elanları da yapışdırmalı idi. Bank məhkəmənin bu qərarından Apelyasiya Məhkəməsinə şikayət ərizəsi vermişdi. Amma Apelyasiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin verdiyi qərarı qüvvəsində saxladı. Ümumiyyətlə, bu, qanunla qadağan olunan bir prosesdir. Banklar müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən müştərini məhkəməyə verə bilər".
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300