The Daily Mail” yazır ki, alimlərin ixtira etdiyi yeni parçadan tikilən paltarları geyinənlərə qızmar havalarda kondisionerli otaqlar lazım olmayacaq.

Alimlər bu yüksək texnologiya materialını salat və başqa yemək şeylərini saxlamaq üçün üstünə çəkdiyimiz nazik plastik bürünmə materialının bazasında hazırlayıblar.

Yeni parçadan tikilmiş paltarların içində bədənimizin temperaturu ətraf temperaturdan 3 dərəcə az olacaq.

Əslində otaqların sərinləşdirilməsi üçün istifadə olunan kondisionerlər də temperatur fərqi prinsipi ilə işləyir.

Kaliforniyadakı Stanford Universitetinin professoru Yi Çuy deyir ki, otağı sərinlətməkdənsə, adamı sərinlətmək daha sərfəlidir.

Yeni material insan bədəninə istidən iki yolla azad olmaq imkanı verir.

Bu parçalar tər buxarının çıxmasına şərait yaradır. Əslində belə parçalar əvvəllər də olub. Lakin yeni material istinin çıxışı üçün daha bir yol açır. Bu parça insan bədəninin özünün infraqırmızı şüalanma şəklində buraxdığı istiliyi də bayıra ötürəcək.

Alimlər deyirlər ki, bütün başqa parçalar məhz bu istiliyin çıxmasına mane olur.

Bizim bədənimizdə belə radiasiyanın yayılması olmasaydı, məsələn qaranlıqda gecə durbinləri ilə bizi görmək mümkün olmazdı.

Öz istimiz daha böyük problemmiş

Elektrik mühəndisi, professor Shanhui Fan deyir ki, biz ofisdə oturarkən bədənimizdəki istiliyin 40-60 faizi məhz gözə görünməyən infraqırmızı şüalar şəklində çıxır.

Alim deyir ki, indiyədək parçaların bu radiasiyanı necə keçirdiyi öyrənilməmişdi.

Tədqiqatçılar infraqırmızı radiasiyanı ən yaxşı keçirən materialı – mətbəxdə istifadə etdiyimiz bürümə plyonkasını seçiblər. Daha doğrusu, bu polietilen plyonkanın batareya istehsalında istifadə olunan versiyasını götürüblər.

Adi plyonka, paltar üçün yararsız idi, çünki bədəni çılpaq göstərəcəkdi. Polietilenin məhz batareyalarda işlədilən növü infraqırmızı şüaları buraxsa da, şəffaf deyildir.

Əlbəttə, bu materialın üzərində əlavə kimyəvi proses aparılıb və tərin su molekullarının çıxışı üçün gözlə görünməyən mikro-məsamələr yaradılıb.

Məhz bu məsamələrə görə yeni parçadan tikilmiş paltarları geyinənlər özlərini plyonkanın içində yox, normal parça geyimin içində olduğu kimi hiss edəcəklər.

Burada müəyyən çətinliklər də mövcuddur. Sözü gedən polietilen material çox nazikdir və parça kimi onu üçqat etmək lazım gəlir.

Bütün hallarda adi paltarlar yay qızmarında bədəninin hərarətini daha üç dərəcə artırdığı halda, yeni materialdan tikilən geyimlər, əksinə temperaturu elə bu qədər aşağı salır.”The Telegraph” yazır ki, Britaniya cəmiyyətinin əksəriyyəti müsəlman qadınların geyindikləri burkanın qadağan olunmasına tərəfdardır. (BBC azeri)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300