"Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb. Bankdan verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi. Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O cümlədən, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isə  xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, bankın sentyabr ayının 2-nə  dollar üzrə alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8320 manat, satışı isə 1.9060 manat təşkil edir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300