Liviyanın linç edilən diktatoru Müəmmər Qəzzafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib.
 
Moderator.az xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Müəmmər Qəzzafinin malikanəsinə apararaq həkimi diktatorla şəxsən özü tanış edib. Qəzzafinin ondan istəyi isə hər zaman cavan qalmaq olub: "Qəzzafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi”.
 
Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə naziri tərəfindən rəhbərin yanına aparılır. Aralarında kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya - birbaşa Qəzzafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.
 
İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəzzafidən əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona içi dollar və fransız frankı ilə dolu zərf göndərir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300