Rusiya Müdafiə Nazirliyi Pentaqonun Rusiya aviasiyasının bombardmanı nəticəsində İŞİD-in 2 saylı adamı Əbu Məhəmməd al-Adnaninin ölməsi ilə bağlı məlumatları zarafat adlandırmasına münasibət bildirib. 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələri ABŞ-ın rəhbərliyi altında "anti-İŞİD koalisiyası” deyilən 60 ölkədən fərqli olaraq, ayrı-ayrı şəxslərin mənasız və bahalı ovu ilə məşğul olmadan Suriyada bütün terrorçuları məhv etməklə məşğuldur: "Üstəlik, çox tez-tez terrorçuların başçıları əvəzinə, ABŞ pilotsuz təyyarəsinin zərbələri altında sadə əfqanlar, pakistanlılar, suriyalılar, irqalılar və digər ölkələrin xalqları qalır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Hava Kosmik Qüvvələrinin avqustun 30-da endirdiyi zərbələrin əsas hədəfi və nəticəsi Əbu Məhəmməd al-Adnani olmayıb, həmin rayonda qərarlaşan İŞİD-ın 40 silahlısından ibarət qrup olub. Pentaqonda Rusiya aviasiyasının 30 avqust tarixindəki zərbələri barədə hansısa faktiki məlumatın olmaması təəccüblü deyil. Artıq bir ildir ki, ABŞ nümayəndələri hər gün Suriyada keçirilən hərbi əməliyyatların Rusiya ilə heç bir halda koordinasiya edilmədiyini və razılaşdırılmadığını bəyan edirlər. Cənablar, bəs o zaman bu məlumatlar sizdə haradandır?..”
 
Qeyd edək ki, Pentaqondakı mənbə "Reuters”ə açıqlamasında Rusiya aviasiyasının zərbələri nəticəsində terrorçu Adnaninin məhv edilməsi barədə məlumatları "zarafat” adlandırıb. 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300