ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını bildirib.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti deyib ki, Türkiyə çox güclü NATO müttəfiqidir. CNN televiziyasına açıqlama verən B.Obama Türkiyə ilə bağlı və 15 iyul dövlət çevrilişinə cəhd göstərilməsi haqqında suallara cavab verib.

O, dövlət çevrilişinə cəhddən sonra iki ölkə arasındakı təhlükəsizlik məsələlərində heç bir zəifləmənin olmadığını söyləyib: "Türkiyə güclü bir ölkə kimi NATO-nun müttəfiqi olmağı davam etdirir."

İŞİD ilə mübarizədə Türkiyə ilə birlikdə çalışdıqlarını xatırladan B.Obama deyib: "Türkiyə bölgədə bir çox məsələdə əhəmiyyətli müttəfiqimizdir".

"Təbii ki, Türkiyədə siyasi və sivil bir təhlükənin baş verməsindən həqiqətən də kimsənin şübhəsi yoxdur. Biz Türk xalqını dəstəklədiyimizi hər zaman göstərdik", - ABŞ prezidenti diqqətə çatdırıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300