Özbəkistanın yerli və bəzi xarici KİV-lər prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir.    
 
"Reuters” agentliyinin məlumatına görə, hazırda şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri həyata keçirilir.   
 
Yerli "Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirir.
 
Nəşr sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.     
 
Agentlik qeyd edir ki, İslam Kərimovun vəfat etməsi barədə məlumat rəsmi olaraq sentyabrən 2-də elan ediləcək. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi bildirilir  
 
Məlumata görə, yerli vaxtla 23.00-da  göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb.
 
Agentliyin məlumatına görə, MDB ölkələri və digər xarici dövlətlərin rəsmi şəxsləri vida mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək.   
 
Yerli "Azadlıq” radiosu Özbəkistanın baş naziri Şövkət Mirzəyevin Səmərqəndə gəldiyini bildirib. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.  
 
Qeyd edək ki, "Fərqanə” agentliyi bundan əvvəl İslam Kərimovun sentyabrın 29-da beyninə qaz sızmasından vəfat etdiyini bildirib. Lakin, İslam Kərimovun vəfat etməsi xəbəri indiyədək rəsmi təsdiqlənməyib./APA/

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300