Murad Adilov foto ile ilgili görsel sonucu
 
Hüquq müdafiəçisi Oqtay Gülalıyev siyasi məhbus Murad Ədilovla görüşüb. 

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev öz "facebook" səhifəsində yazıb.

"Bu gün həbsdə olan siyasi girov, "vicdan məhbusu" Murad Adilovla görüşdük. Onu çox mübariz və pozitiv əhval ruhiyyədə gördüm. Bütün dostlara çoxlu salamları var. "Azadlıq" qəzetini əldə edib oxuya bilməsə də ölkədə baş verənləri izləyir və məlumatlıdır. Onu müdafiə edən bütün şəxslərə, eləcə də bu yaxınlarda Murad bəyi "vicdan məhbusu" kimi tanıyan Amnesty İnternational təşkilatına təşəkkürünü çatdımağımı xahiş etdi. Gəlin Murad Adilov başda olmaqla şərlənib həbs edilən bütün siyasi məhbuslara Azadlıq tələb edək! Azadlıq onların doğal haqqıdır!", - Gülalıyev qeyd edib. 

Qeyd edək ki,  Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqustun 11-də tutulub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən M. Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Ədilov AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır. AXCP, Müsavat Partiyası, həmçinin beynəlxalq təşkilatlar həbsin siyasi sifari olduğunu bəyən ediblər. 

"Amnesty İnternational" təşkilatı Murad Ədilovu "vicdan məhbusu" kimi tanıyıb. 

(arqument)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300