120041_res_01

 

Rusiya prezidenti Vladimir Putinin rus təyyarələri Türkiyənin hava sahəsini pozduğu zaman Ərdoğana zəng edərək üzr istədiyi məlum olub.

Belə bir məlumatı Parisdəki İqlim Sammitində yüksək vəzifəli şəxslərdən biri açıqlayıb. Söhbət oktyabrın 3-4-ündə rus təyyarələrinin türk hava sahəsini pozduğu zamandan gedir. Həmin yüksək vəzifəli şəxs hələ keçən il ilk dəfə Samsunda 15 dəqiqə hava sərhədinin pozulduğunu, ikinci anoloji hadisənin oktyabrın 3-4-də yaşandığını deyib. İkinci olaydan sonra Putin Ərdoğana zəng edərək üzr istəyib.

Qeyd edək ki, sonuncu insident Türkiyə qırıcılarının rus təyyarəsini vurması ilə nəticələnib ki, bu da iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub. Rusiya hökuməti Türkiyəni üzr istəməyə və kompensasiya ödəməyə çağırsa da, qarşı tərəf bundan imtina edib. Ərdoğan "üzr istəməyəcəyik, hava sahəmizi pozanlar üzr istəsin” –deyə açıqlama verib.

Parisdə baş tutam İqlim Sammitində isə iki ölkə liderləri görüşməkdən imtina ediblər(Qafqazinfo).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300