Müsavat MSK-nı ona görə məhkəməyə verdi ki...
 
Nüşabə Sadıxlı: "Saxta imzalar varsa...”

Müsavat Partiyası sentyabrın 26-da keçiriləcək referendumla bağlı yaratdığı "Respublika” Təşviqat Qrupunun qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Partiya sentyabr ayında mitinq keçirməyi planlaşdırır. 

Bu barədə "Yeni Müsavat”a açıqlamasında Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı məlumat verib:"Yaratdığımız "Respublika” qrupu aktiv şəkildə fəaliyyət göstərdi. Üzvlərimiz təzyiqlərə baxmayaraq, yetərli imzanı yığdılar. İmkanlar çox idi, bundan artıq da imza toplamaq mümkün idi. Müsavat Partiyası nə qədər çox imza toplasa belə, yenə də qeydə alınmayacaqdı. Çünki bu iqtidar müxalifətlə, xüsusilə, Müsavatla üz-üzə gəlmək iqtidarında deyil. Artıq MSK-ı məhkəməyə vermişik. Sona qədər gedəcəyik. Hüquq müstəvisində haqlarımızı sübut edəcəyik. Onlar saxta imzaların olduğunu deyirlər, amma göstərmirlər ki, o imzaların saxtalığı nədədir. Bütün bunlar bir daha burada siyasi sifariş olduğunu göstərir. Ən azından saxta imzalar varsa, bunu Müsavata təqdim etmək lazımdır. Biz də görək ki, o imzaların saxtalığı nədədir. Qeydə alınmamağımıza başlıca səbəb o oldu ki, qeydə alınsaydıq, bizə efir vaxtı verilməli idi. Efir vasitəsilə Azərbaycan ictimaiyyətinə referendumun əsl mahiyyəti ortalığa qoyulacaqdı. Hakimiyyət bundan ehtiyat etdi. Müsavatı necə parlamentdə buraxmadılarsa, indi də elə etdilər. Bundan sonra partiya olaraq, atılacaq addımlarımız var. Hazırda mitinq məsələlərini müzakirə edirik. Yəqin ki, mitinq keçirməklə bağlı müraciətimizi edəcəyik. Piket, mitinq məsələləri müzakirə edilib, konkret qərar veriləcək. Bu məsələlər nəzərimizdədir”. 

Müsavat başqanı Arif Hacılı isə avqustun 30-da mətbuat konfransı keçirib. O, referendumla bağlı danışaraq, mitinq anonsunu da verib. Sentyabrın 17-də və ya 24-də, yaxud hər iki şənbə günündə mitinq keçirəcəklərini qeyd edib. Eyni zamanda Müsavat başqanı qeydə alınmamaları ilə bağlı məhkəməyə də müraciət etdiklərini söyləyib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300