Rusiya və Türkiyə prezidentləri sentyabrın 3-də görüşəcəklər
Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla sentyabrın 3-də Çinin Xançjou şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Xançjouda keçiriləcək görüş zamanı enerji sahəsində birgə strateji layihələrin - "Akkuyu" AES-in tikintisi və Qara dənizin dibi ilə salınacaq "Türk axını" boru kəmərinin həyata keçirilməsi perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır", - deyə prezidentin köməkçisi bildirib.

Y.Uşakov həmçinin vurğulayıb ki, iki ölkə liderinin söhbəti zamanı əsas beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət, beynəlxalq terror təhdidinə qarşı mübarizə barədə fikir mübadiləsinin aparılacağı planlaşdırılır. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300