Dekabrın 1-də gecə saatlarında "Azadxeber.az” saytının redaktor əvəzi İlkin Məmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. JAM.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. 

Onların dediyinə görə, jurnalist bazarlıq edib evə gəlirmiş: "Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıb”.

Məlumata görə, hazırda İlkin Məmmədlinin atası ərazidəki polis bölməsinə müraciət etməyə gedib. 

Sabunçu rayon Polis İdarəsindən İlkin Məmmədlinin atasına oğlunun saxlanıldığını təsdiqləyiblər. Bildirilib ki, o, öncə idarəyə gətirilib, sonra isə şəhərə aparılıb. Hara aparıldığı deyilməyib. Ancaq onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsimə aparıldığı güman edilir.

Azadxeber.az saytı əsasən dini mövzular işıqlandırır. Azadxeber.az saytının baş redaktoru Nicat Əliyev hazırda həbsdədir. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300