ABŞ-ın "PBS Space” layihəsinin əməkdaşları maraqlı təklif veriblər.  
 
Bu təklifə görə, Günəşin  ətrafında enerji toplayan güzgülər sistemi yaradılmalıdır. Həmin enerji bəşəriyyətin maraqları üçün istifadə ediləcək. Amma belə qurğunu yaratmaqdan ötrü Günəşə ən yaxıın olan  Merkuri planetinin parçalarından istifadə edilməsi nəzərdə tutulur. Yəni, bunun üçün  NASA Merkurini partlatmalıdır. 
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu ağlagəlməz məlumatı Popular Mechanics jurnalı yazıb.  
 
Sözügedən  layihə müəllifləri Dayson kürəsi deyilən kürənin analoqunu yaratmalıdırlar. 1960-cı ildə tanınmış fizik Frimen Dayson  mərkəzində ulduz olan nazik sferik təbəqə modeli  yaratmışdı. Ancaq Dayson hesab edirdi ki, Günəşin ətrafında belə bir sistem yaratmaq üçün təxminən kütləsi Yupiterin kütləsinə bərabər maddə lazım olacaq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300