Ülviyyə Bağırova : "Hakimiyyət hər kəsi cinayyətkara çevirməklə, özünün yaratığı sistemi rahat idarə etmək istəyir"Müsavat Partiyasının fəalı Ülviyyə Bağırova ilə ölkədəki iqtisadi durum,sahibkarların üzləşdiyi problemlər haqda danışdıq:  

 

- Sizcə hazırda orta və kiçik sahibkarlığın vəziyyəti ölkədə nə durumdadır?

- Azərbaycanda ən çox süründürməçiliyə, bürokratiyaya, təzyiqlərə məruz qalanlar kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaşlardır. Bu insanlara ən böyük təzyiqlər vergi işçiləri tərəfindən edilir. Vergi müfəttişləri istədikləri vaxt istənilən sahibkarlıq subyektinin qapısını döyüb min bir bəhanə ilə sahibkardan pul ala bilirlər. Üstəlik, onlar buna qanuni "don” da geydirməyi bacarırlar. Mənim şəxsən tanıdığım nə qədər sahibkar bildirir ki, bir neçə aydır obyektlərdə nəzarət-kassa aparatlarına mərkəzləşmiş nəzarəti təmin etmək adı ilə modem quraşdırılır. Vergilər Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilən bu proses bir sıra çatışmazlıqlarla müşahidə edilir. Belə ki, əvvəlcə sahibkarlara modemin pulsuz quraşdırıldığı deyilsə də, sonradan nəzarət-kassa aparatlarına texniki baxış servisi onların hər birindən xeyli miqdarda pul alıb. Üstəlik, modemlər ölkədə fəaliyyət göstərən mobil operatorlardan birinin xidməti ilə işləyir. Həmin operatorun şəbəkə tutumu zəif olduğundan tez-tez modemlər də, kassa aparatları da donur. Kassa aparatları çalışmadığı müddətdə alış-veriş kitablara yazılmalıdır. Həmin kitabları sahibkarlar Vergiödəyicilərinə Xidmət İdarəsindən alırlar. Qaydalara görə, kitabın biri dolub yoxlamadan keçməsə ikincisinin verilməsi qadağandır. İdarədə isə çox vaxt yoxlama, yeni kitabın verilməsi gecikdirilir. Bütün bunlar son nəticədə obyektlərin işinin dayanmasına səbəb olur.

- Durumun kifayət qədər ciddi problemli olduğu qənaətinə gəlmək olar?

- Tam belə demək mümkündür, amma burda söhbət təkcə müxtəlif bəhanələrlə sahibkarlardan pul almaqdan getmir. Başqa bir özbaşınalıq isə "sabit ödəmə" adlı aylıq rüşvət ödəmə problemi ilə bağlıdır. Məsələn, sahibkara vergi işçiləri tərəfindən təklif edilir ki, aylıq konkret bir məbləğı getirib versinlər vergi işçilərinə ve beləliklə də canlarını qurtarmış olsunlar. Hətta sosial şəbəkələrdə də bir sahibkar belə bir məlumat yaymışdı ki, onun 44 kvadrat metr sahəsi olan icarəyə götürdüyüm obyektə "yuxarıdan” 150 manat aylıq ödəniş "məsləhət görülüb”. Bax bu cür rusvayçılıqdır ölkədə. Vay o gündən ki, o pulu verməyəsən. Nə qanun, nə prezident , nə də bir kimsə sahibkarı vergi yırtıcılarının caynağından qurtara bilməz. Mövcüd hakimiyyət sahibkarları məqsədli şəkildə vergi ödəməkdən yayındırıb, ona "Şapka" təyin edir.  Avtoritar hakimiyyət hər kəsi cinayyətkara çevirməklə, özünün yaratığı sistemi rahat idarə etmək istəyir.

- Sizcə kimə sərf edir bu qanunsuzluq?

- İnanın ki, mən də bunu anlaya bilmirəm. Bəzən düşünürəm ki, bizi insan kimi, millət kimi məhv etmək istəyirlər. Axı, bu qədər haqsızlıq olmaz, bu qədər özbaşınalıq olmaz. Prezident deyir ki, hər kəs xalqa xidmət eləməlidir! Hanı bəs? Xidmət eləmək bir yana qalsın imkan versinlər çörəyimizi qazanaq. Maraqlıdır ki, Əliyevlər iqtidarın zamanında sahibkarlara qarşı vergi vasitəsilə hər zaman ciddi problemlər yaradılıb. Ən son müvafiq idarə tərəfindən sahibkarlara işçilərə əməkhaqqını ölkə üzrə ortaaylıq əməkhaqqı ilə hesablamaları ilə bağlı göstəriş gəlmişdi. Mən vergi işçiləri ilə dəfələrlə söhbətimdə sahibkarlara edilən bu tələbin qanunsuz olduğunu dedim. Amma baxan kimdir. Maraqlıdır ki, hakimiyyət üçün ciddi elektorat olan orta və kiçik sahibkarlara qarşı əsas təzyiqlər məhz vergi vasitəsilə edilir. Bunun səbəbi nədir - bilmirəm! Bu qanunsuzluq ölkədə hər sahədə müşahidə olunduğuna görə bu ehtimal ki,elə bu hökümətin mahiyyətidir - korrupsiya və özbaşınalıq!

 

 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300