Azərbaycanın  "Qarabağ” və "Qəbələ” futbol klubları Avropa Liqasında qrup mərhələsinə yüksəlib. 

Apasport.az saytının məlumatına görə, bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir.
 
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.
 
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində "Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. "Qarabağ”-"Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.
 
Avropa Liqasında mübarizəni davam etdirən digər təmsilçimiz "Qəbələ” ilk matçda öz meydanında "Maribor”a 3:1 hesabı ilə qalib gələrək səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri 0:1 hesabı ilə məğlub olaraq üstünlüyü əldə saxlayıblar və ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək hüququ qazanıblar.  
 
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. "Qəbələ” isə ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300