Ramil_Usubov_010711_2x

 

Neytral İnformasiya Agentliyinin(NİA.AZ) baş redaktoru ona edilən təzyiqlə bağlı Daxili İşlər naziri Ramil Usubova açıq məktub yazıb.ULUYOL.İNFO xəbər portalı olaraq məktubu təqdim edirik"

"Hörmətli cənab Nazir! Mən Neftçala rayon sakini Əliyev Bəhruz İmanqulu oğlu yazıb sizə bildirirəm ki,məni Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyev polisə çağıraraq ağır söyüşlər ilə söyüb həbs edəcəyini bildirdi. O mənə;” Sən kimsən ki,DYP-nın rəisindən yazı dərc etmisən. Bu dəqiqə onu vuraram və deyərəm sən vurmusan,şərlə yərəm səni, məhv edərəm, qoymaram rayonda yaşayasan. Saytını sənin gözünə soxaram, dərdini heç kimə deyə bilməzsən.”
 

 Polis rəisi polkovnik Vüsal Şəbəndiyev vəzifə səlahiyyətlərin dən sui-istifadə edərək məni 3 il həbs etdirəcəyini bildirdi. Polisdə məni 3 saat qanunsuz saxlayaraq rəis bildirdi ki” Səni süründürəcəm, mən Ramil Usubovun adamıyam sənin şikayətinə kim əhəmiyyət verəcək."

Cənab nazir mən şokda idim, bilmirdim mən polis şöbəsində yoxsa hardayam. Söyüşləri havada uçurdu,elə bil rəis məni alçaltmaqdan doymurdu.Sonund a mənə bildirdiki, əgər azad yaşamaq istiyirsənsə get icra başçısını təriflə. Mənə məlum oldu ki,məni DYP-dən dərc olunan şikayətə görə yox, Neftçala rayon Icra başçısı İsmayıl Vəliyevdən yazdığım tənqidi yazılarla əlaqədar söyüb təhqir edir və 3 il həbs edəcəyini bildirir. Mən nə edəcəyimi bilmirəm özümü öldürmək həddinə çatdırıblar.

Hörmətli cənab Nazir! İnanıram ki, siz mənə köməklik göstərəcəksiniz . Azərbaycan Respublikasının  Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev 1993-cü illərdə Sizi Nazir vəzifəsinə təyin edərkən Sizə inandığını və etimad etdiyini bildirmişdi. Mən də səmimi qəlbdən Sizin ədalətinizə, humanistliyiniz ə inaniram."

 

ULUYOL.İNFO


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300