Höteburq'un baş məşqçisi: 'Qarabağ' oyunun favoritidir
 
"Bakıda olduğum üçün şadam. Səbirsizliklə sabahı gözləyirik".

"Report"un məlumatına görə, bunu İsveçin "Höteburq" klubunun baş məşqçisi Yorgen
Lennartson deyib.

İsveçli mütəxəssis Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində "Qarabağ"la
keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında bunları bildirib:
"Düşünürəm ki, "Qarabağ" favoritdir. Yaxşı futbolçuları var. Ancaq bizim də
şansımız var. Müdafiə olunmaqla yanaşı qol vurmağa da çalışacağıq. Bu, "Qarabağ"ın
açılmasına səbəb olacaq və üstünlük qazanacağıq. Minimal hesablı qələbə 0:0-dan
daha yaxşıdır. İlk oyunda önəmli iş gördük və qapımızı toxunulmaz saxladıq. Biz bir qol
vursaq, "Qarabağ" mərhələ adlamaq üçün 3 top vurmalıdır. Penalti seriyaları haqda
danışmışıq, amma xüsusi hazırlığımız olmayıb. Pozitiv olmaq işimizin bir hissəsidir.
Mən futbolçularıma enerji verməliyəm. Taktikalara qaldıqda, bunlar hər komandaya
görə dəyişir. "Qarabağ" Çempionlar Liqasında oynamalı idi. Komanda "Viktoriya" ilə
oyunda çox şansları qaçırdı. Başa düşürəm ki, onlarda ab-hava da fərqlidir".

51 yaşlı baş məşqçi oyunun keçiriləcəyi stadion haqda da danışıb:

"Stadion dolu olsa yaxşıdır. Belə olan halda daha yaxşı futbol oynamaq olar.
Ot örtüyünün vəziyyəti o qədər də yaxşı deyil, amma hər iki komanda eyni şərtlər
altında mübarizə aparacaq. Bizim üstünlüyümüz evdə qələbə qazanmağımızdadır.
İsveçli Zlatan İbrahimoviç bu gün üçün bir nömrədir. Bizim şəhərdə "Höteburq",
İsveçdə isə Zlatan daha çox tanınır".
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək matçın start fiti saat 20:30-da səslənəcək.

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300