Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Cənub Regional Televiziya şirkətinin və Lənkəran şəhər Gənclər və İdman idarəsinin tərəfdaş təşkilatçılığı ilə Aysel Babazadənin "Bəs mənim hüququm?!” adlı qısametrajlı filmin təqdimatı baş tutub.

 
    ULUYOL.İNFO xəbər verir ki, Təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında nümayiş olunub.Filmin təqdimatı növbəti günlərdə Lənkəran,Masallı,Biləsuvar və Neftçala rayonlarında təqdimatı olacaq.
 
     Film real hadisələr əsasında ekranlaşdırılıb. Valideyinlərinin təkidi ilə dərsdən yayınaraq əməyə cəlb olunan Arif öz yaşıdları kimi çiynində çanta məktəbə yollanmaq,təhsil almaq arzusundadır. Amma valideyinlərini arzusu övladlarının gətirdiyi qazancı yeməkdir. 12 yaşlı məktəblinin küçədə, çiynində şəkərbura satmaq yox parta arxasında oturub təhsil almaq haqqı var. Çox böyük təəssüf hissi qeyd etmək lazımdır ki, cəmiyyətdə öz övladlarının gələcəyini düşünməyən bu tip valideyinlər var. Filmin adından da bəlli olur ki, Arif valideyinlərinə səslənir "Bəs mənim hüququm?!”.
 
     Filmin nümayişinin noyabr ayına təşkil olunması əbəs yerə deyil. Bütün dünyada olduğu kimi Azərbaycanda da 20 noyabr tarixi uşaq hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Məhz bu filmdə uşaqların öz hüquqlarının bilməsi istiqamətində ən yaxşı vasitədir. Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir.
 
     Təbiidir ki,bu gün hansısa yollarla təhsildən yayınan məktəbli, gələcəkdə bir sıra pis vərdişlərə və xoş olmayan mühitdə böyüyəcək. 
 
 
ELVİN İBRAHİM
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300