7_d

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə keçirilən İqlim Zirvəsində iştirak etmək üçün Fransadadır.

"Tur” adlı xüsusi təyyarə ilə Parisə gələn Ərdoğan BMT-nin 21-ci İqlim Dəyişikliyi Konfransında (COP21) bir sıra dövlət rəhbərləri ilə görüşlər keçirəcək. Paris Bourget Hava limanında Türkiyənin Paris səfiri Hakkı Akil və digər rəsmi şəxslərin qarşıladığı Türkiyə prezidenti sabah ABŞ prezidenti Obama ilə görüşəcək.

Yenicag.az 24 TV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın bu səfərində maraqlı bir nüans diqqəti cəlb edib.

Belə ki, ilk dəfə olaraq, Ərdoğanı mötəbər tədbirdə müşayət edən jurnalistlər arasında azərbaycanlı yazara da yer verilib. Azərbaycanın tanınmış telejurnalisti Sevil Nuriyeva da Paris Zirvəsinə Ərdoğanla birlikdə qatılanlar arasındadır. Sevil Nuriyevanın Prezidentin səfərini müşahidə edən yazarlar heyətinə daxil edilməsi prezidentin azərbaycanlı yazarın Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı xidmətlərinə verdiyi qiymətdən xəbər verir.

Xatırladaq ki, Sevil Nuriyeva Türkiyənin "Star” qəzetinin köşə yazarıdır. S.Nuriyeva Fransada qəzetlə bərabər 24 TV kanalını təmsil etməkdədir. Türkiyənin əksər nüfuzlu telekanallarında müntəzəm çıxış edən Sevil Nuriyeva Azərbaycan, Qarabağ məsələlərində də aktivlik göstərən telejurnalistlərdəndir.

Türkiyə prezidentinin təyyarəsində Parisə uçan S.Nuriyeva Fransadan birbaşa Qətərə gedəcək R.T.Ərdoğanı müşayit edən heyət içərisində də olacaq.

Qeyd edək ki, Sevil Nuriyeva Azərbaycanın Türkiyədə layiqli təmsilçilərindən biridir. Beləki, xanım jurnalist öz fəaliyyətində davamlı olaraq Azərbaycanın mövqeyini işıqlandırmaqdadır. Qarabağ məsələsində, Azərbaycanın dünya siyasətindəki yeri məsələsində ciddi şəkildə öz mövqeyini ortaya qoymaqdadır. Hətta, qeyd etmək lazımdır ki, Sevil Nuriyevanın tək başına fəaliyyəti Azərbaycanın Türkiyədəki bir çox dərnəklərinin toplam fəaliyyətindən daha effektivdir, daha nəticə verəndir, yəni Sevil Nuriyevanın Azərbaycan üçün göstərdiyi fəaliyyət, Azərbaycanla bağlı göstərdiyi xidmətlər danılmazdır. Ərdoğanın məhz Sevil Nuriyevanı bu önəmli səfərə dəvət etməsində də, bu amil özünü göstərmişdir.(yenicag.az)

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300