Qazaxda 7 min illik alətlər tapıldı – VİDEO

 

Azərbaycanlılarla yaponların birgə işi – Nəticə hamını təəccübləndirdi


 

63 il sonra qazdılar qeyri-adi alətlər, müxtəlif heyvan sümükləri, bitki
qalıqları aşkarlandı. Qazaxda yerləşən Avey dövlət mədəniyyət
qoruğunun ərazisində, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar
zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər tapılıb.

Yaponiyalı və yerli arxeloqların birgə işlədiyi ərazidə- Damcılı mağarasında
4 metr dərinliyində qazıntı işləri aparılarkən ərazinin qədim insan məskəni
olması bir daha təsdiqlənib. İmzalanmış memoranduma əsasən Qazax rayonu
ərazisində 5 il müddətinə arxeoloji qazıntılar davam edəcək. Tapılan
maddi-mədəniyyət nümunələrinin neolit dövrünə aid olmasının təsdiqlənməsi
üçün Yaponiya laboratoriyalarına göndəriləcək.

Bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış
məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və
Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu
düşünürlər.

Yoşihiro Nişiaki - arxeloq: "Damcılıda arxeoloji qazantılara başladıq və
buradan elmə yararlı kifayət qədər materiallar əldə etdik. Məqsədimiz
ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən
əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdi.  Qazıntılar zamanı buna nail
ola bildik”.

İlkin mərhələdə aparılan qazıntılar isə yekunlaşıb. Növbəti ildən yapon və
yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə başlayacaqlar. (Region TV)

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300