AResulzade

 

Müsavat Gənclər Təşkilatı deputat Naqif Həmzəyevin Azərbaycan respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

"Yeni Azərbaycan Partiyasının Gəncə şəhərindən olan deputatı Naqif Həmzəyevin "Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə söylədiyi təhqiramiz fikirlər sosial şəbəkələrdə və mediada geniş yayılıb.

Bu müsahibə cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. YAP-ın deputatı Naqif Həmzəyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan M.Ə.Rəsulzadə haqqında təqiramiz ifadələr işlətməsi Azərbaycan hakimiyyətinin M.Ə.Rəsulzadəyə qarşı sayğısız münasibətinin təzahürüdür.

Üzərində Azərbaycan respublikasinin bayrağı dalğalanan parlamentin üzvü olan bir şəxsin o bayrağın yaradıcısı, "Bir dəfə yüksələn bayraq bir daha enməz!” deyərək, and yerimiz olan Azərbaycan dövlətçiliyinin əsasını qoymuş bir şəxsiyyət haqqında bu cür təhqiramiz ifadələr işlətməsi yolverilməzdir.

N.Həmzəyev işlətdiyi ifadələrlə bağlı üzr istəməli, məsuliyyətə cəlb olunmalıdır. Onun üzvü olduğu Milli Məclis və Yeni Azərbaycan Partiyası bu hadisə ilə bağlı tədbirlər görərək ictimaiyyətə məlumat verməlidir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300