İsmayıl Bağirov: "Hakimiyyət 23 illik həyatımızı oğurlayıb""Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir.Azərbaycan öz idarəçilik fomrasına və mahiyyətinə görə dünyanın unikal ölkələrindən biridir. Ölkə "Keyfim belə istəyir"prinsipi ilə idarə edilir. Məsələn Avropa ölkələrində adətən sərəncamları və əhəmiyyətli qərarları gün başlarkən elan edirlər. Bizdə isə bu Tarif Şurasının qərarları və Prezident sərəncamları ancaq axşam saatlarında bəyan edilir. Bu iqtidar ölkədə yenə də nəsə qaynadır, amma nə qaynayır xəbərimiz yoxdur. Azərbaycanda dövlətçilik psixologiyası nəinki siravi insanlarda və ya siyasətçilərdə, heç dövləti idarə edənlərdə yoxdur. Bunlar dövlətçiliyin əlifbasını belə bilmirlər. Bu ölkədə hər şey bir nəfərin iradəsindən - prezident Əliyevin istəklərindən asılıdır - məhkəmə hakimiyyəti də, qanunverici hakimiyyət də, icra hakimiyyəti də...


 Qanunlar isə ölkədə ancaq hüququ dünyəvi ad qazandırmaq üçün hazırlanıb və hər bir işləkliyi olmayan söz yığınıdır bu məsmləkətdə. Azərbaycan dövlət rəhbərliyi səviyyəsində talan olunub. Azad məhkəmə olmayan yerdə heç bir sahibkar azad fəaliyyət göstərə bilməz. Hansı nazir, icra başçısı işdən çıxarılıbsa evindən milyonlar tapılıb. Ölkədə korrupsiya o qədər yüksək həddədir ki, "islahat etmək" sözü özü gülünc səslənir. Əminəm ki, hökumətin islahat etmək üçün heç bir planı yoxdur. Hökümət indi böyük borc gəzir ki, vəziyyəti ört basıdr etsin, sənin özünün Neft Fondunda olan milyardlar hanı ki,sən borc axtarırsan?!


 Tez-tez Qarabağ ətrafında atəşkəsin pozulduğunu, konfliktin sanki yenidən qızışması təşəbbüslərini görürük. Bu oyunların hamısı Azərbaycandakı problemləri unutdurmağa yönəlib. Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir. Demokratik addımlar atsa belə hökumətin vəziyyəti ağırlaşacaq. Nağıl danışmağa dəyməz, iş görmək lazımdı. Mən hökumətdə olsam nazir, nazir müavini, məhkəmə sədri postlarının 70 faizini gənclərə verərdim. Bunları bu yaşda tərbiyə eləmək artıq mümkün deyil, komanda dəyişməlidir. Millətin balası ağlayır ay İlham Əliyev, imkan yaradın ki, camaat dolana bilsin. Həbsə atdığınız adamların balaları necə dolansın bir fikirləşin.


 Qaz çəkmək adına balon basıdırıb yerin altı ilə boru çəkib qazın açılışını edib prezidenti də aldadırlar, xalqı da və nəhayət özlərini də. Hakimiyyətdə olanların bəziləri həyasızcasına iddia edir ki, ölkədə böhran yoxdur. Kimsə düşünür ki, xalq inqilab edib onlara da deyəcək ki, gəl sən indi bizim liderimiz ol. İqtidar hakimiyyəti xalqa təhvil verib geri çəkilməkdir. Hakimiyyət kiçik güzəştlər və böyük repressiyalarla böhranın qarşısını almağa çalışır. Beynəlxalq Ticarət Təşkilatına üzv olsaq onda Azərbaycan gərək şəffaf ölkə olsun, gömrükdə rüşvət alınmasın. Hakimiyyət təkcə bu 23 ildə sərvət oğurlamayıb, həm də 23 illik həyatımızı oğurlayıb"


"Azərbaycan İnsan hüquq və azadlıqların müdafiəsi komitəsi”nin sədr müavini : İsmayıl Bağırov

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300