Rioda keçirilən Olimpiya Oyunlarında taekvandoçu Radik İsayevAzərbaycanın ilk qızıl medalını qazanıb. O, final görüşündən sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya bunları deyib:

«Sadəcə ayaqlarım ağrıyır. İlk döyüşdən belə idi. Mən özümə söz verməmişdim çempion olacam. Sadəcə bacardığımın ən yaxşısını etdim. Hər döyüşdə belə edirəm. Fikirlərim düşdüyüm situasiyaya görə dəyişir. Özüm özümə «çıxım çempion olum» deyə bilmərəm. Rəqiblərin heç birinin fərqi yox idi. Qələbəmi, qızıl medalımı ilk azarkeşim olan anama həsr edirəm. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün qalib olduğum turnirin fərqi yoxdur».

Radik İsayev Azərbaycan bayrağını ən yüksəyə qaldırdığı üçün qürur duyduğunu bildirib: «Azərbaycan bayrağını yüksəkdə görəndə qürur duydum. O hissləri tam ifadə etmək mümkün deyil. İstəmirəm qızıl medallar mənimlə bitsin. Lorenzo Sotomayora da uğurlar arzu edirəm. Başqa nə deyə bilərəm? Qızıl haqqında düşünmürdüm. Məqsədim medal qazanmaq idi. Ancaq sonda birinci oldum və biz Azərbaycan himnini Rioda dinlədik».

Bununla da Azərbaycan yığması 15-ci medalını qazanıb. Onlardan 1-i qızıl, 4-ü gümüş, 10-u bürüncdür.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300