69
 
Son vaxtlar "Bizim Dövr” qəzetinin ünvanına daxil olan məlumatlar arasında Bakı Baş Gömrük İdarəsinin fəaliyyətində yer almış müxtəlif qanun pozuntularından bəhs edən şikayətlərin sayı kifayət qədər artıb. Etiraf etmək lazımdır ki, Azərbaycanda müxtəlif biznes sahələrinin oliqarx məmurlar tərəfindən monopoliyaya alınmasında məhz gömrük orqanlarının işinə nəzarəti və rəhbərliyi həyata keçirən bəzi konkret vəzifə sahiblərinin rolu böyükdür.
 
   Bu baxımdan, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun da fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Daxil olan məlumatlara görə, bu gün Vüsal Novruzovun nəzarətində mərmər biznesi, dekorativ ağac biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş "Aqroazerinvest” şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Yeri gəlmişkən, müxtəlif mənbələr məxsusi olaraq "Aqroazerinvest” şirkətinin fəaliyyəti barədə maraqlı açıqlamalar təqdim edirlər.
 
    Bu açıqlamalardan birində deyilir: "Hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda vəsait büdcədən yayındırılır, həm də böyük məbləğdə "şirinlik” almaq üçün imkan yaradılır. Əgər sahibkar Rusiya və ya Ukraynadan məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumundan əlavə ödəniş etsin. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Bu zaman onu birbaşa "Aqroazerinvest” şirkətinə istiqamətləndirilirlər. Şirkət Bakı Baş Gömrük İdarəsində bu kimi işləri həyata keçirir…” Dekorativ ağac biznesi ilə əlaqədar açıqlama verən digər bir mənbə isə bildirir ki, son illərin ən populyar bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı imkanlı şəxslərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi qaydada ödənilən məbləğlərlə əldə etmək mümkündür.
 
   Təkcə Palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyi barədə təsəvvür əldə etmək olar. İddialara görə, hər il təkcə bu biznes Bakı Gömrüyünün rəisinə milyonlarla manat gəlir gətirir. Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Vüsal Novruzov hazırda ölkədə sement satışını da öz monopoliyasına daxil edə bilib. Digər tərəfdən isə, son vaxtlar ölkə mətbuatında yayımlanan məlumatlarda Vüsal Novruzovun biznes fəaliyyətinə dair başqa maraqlı açıqlamalar da öz əksini tapmaqdadır. Məsələn belə məlumatlardan birində vurğulanır ki, Bakı Gömrüyünün rəisinin biznes şəbəkəsi təkcə Azərbaycanla bitmir: "İdarə rəisinin qonşu Gürcüstanda iri ticarət obyektləri fəaliyyət göstərir. Generalın Tiflisə tez-tez səfər etməsi həm bununla, həm də digər məsələlərlə bağlıdır. İdarə rəisinin ölkə daxilindəki biznes obyektlərinin isə sayı-hesabı yoxdur.
 
   Onun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Generalın Novxanıdakı imarətlərinin qiyməti milyonlarla ölçülür. O həm də maşın həvəskarıdır. Bağ evinin həyətində dayanan avtomobillərin ümumi dəyəri bəlkə də 1 milyon manatdan çoxdur. Bütün bunlar isə onu göstərir ki, idarə rəhbəri ancaq özü üçün işləyir…”(yeniaxtaris.az)

 

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300