Moskvada "qanuni oğrular” növbəti dəfə bir yerə toplaşıblar.

 
Təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan "Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub. Kriminal aləmin "xaç ataları” 12 nəfəri "qanuni oğru” titullarından məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var. 

Namiq Səlifov hazırda həbsdə olan və "Lotu Quli” kimi ad çıxaran Nadir Səlifovun kiçik qardaşıdır. Namiq "qanuni oğru” adından məhrum edilən yeganə azərbaycanlı deyil, ondan başqa daha iki azərbaycanlı – "Rafət Əlibayramlinski” təxəllüslü Rafət Əlirza oğlu Əmirov və "Ceyhun Gəncinski” ləqəbli Ceyhun Nəbi oğlu Əsgərovun da "tac”ları əllərindən alınıb

Azərbaycanlı "qanuni oğru”lara qarşı bu addımın bir neçə il öncə qətlə yetirilmiş "Ded Xasan”nın qohumlarının və yaxın ətrafının göstərişi ilə atıldığı bildirilir.(vesti.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300