publika.az1405949350teleqraf.com1405939882img1488861

 

"O millət vəkili deyil, həşəratdır. Belə insanların Milli Məclisdə təmsil olunması doğru deyil”.

Bu barədə AİM.az-a sabiq təhsil naziri Firudin CƏLİLOV Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Azərbaycan Cumhuriyyətinin banisi, milli istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadəni vətən xaini adlandırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, indiki Azərbaycan Respublikası və eyni zamanda Milli Məclis M.Ə.Rəsulzadənin qurduğu Azərbaycanın və parlamentin davamıdır:

"Rəsulzadənin qurduğu ölkədə və ya parlamentdə oturub onu təhqir etmək yaramazlıq və mədəniyyətsizlikdir. Bu gün M.Ə.Rəsulzadəni təhqir edən sabah dövlətini, xalqını və vətənini təhqir edib, alçaldar. Belələri vətənlərini satanlardır. Necə olur ki, bu cür qabiliyyəsiz, öz ölkəsinin tarixini bilməyən insanlar parlamentə düşür. Belə insanlara qapı açıb onları irəli çəkmək olmaz. İndi deputatdır. Sabah da qərar verib, onu daha yüksək vəzifəyə çəkəcəklər ki, o da ölkəni içdən parçalamağa cəhd edəcək. Necə ki, hazırda bu hala şahidlik edirik. Prezidentin inanıb etibar etdiyi şəxslər ona xəyanət edir. Həmin xəyanətkardan biri də bu olacaq”.

rrrr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Millət vəkili Fazil Mustafa isə AİM.az-a qeyd edib ki, Rəsulzadə haqqında bu cür danışmaq ən azı tərbiyədən kənar bir işdir:

"Bu vaxtilə Heydər Əliyevin və sonradan cənab prezident İlham Əliyevin Rəsulzadəyə verdiyi qiymətə qarşı çıxmaqdır. Heç bir halda yolverilməzdir. Bunu kimin deməyindən asılı olmayaraq, mətbuatda və ictimaiyyədə qınağa çevirmək lazımdır. Bu dövlətin qurucusuna belə hörmətsiz davranmaq olmaz. Əgər kimsə öz ailəsinə sahib çıxa bilmirsə, bunu Rəsulzadənin üzərinə yıxmasın. Rəsulzadə öz ailəsinə də, Azərbaycana da sahib çıxıb. Onun öz ailəsi güllələnibdir. Görəsən Rəsulzadənin başına gətirilən müsibətlər bunu deyən insanın başına gətirilsəydi, dözə bilərdi? 17 yaşlı oğlunu güllələyiblər. Qızını, həyat yoldaşını bütün ailəsini sürgün ediblər. Rəsulzadə imperiyanın əlindən ailəsini alıb apar bilərdi? Bunu kəskin qınayıram. Kimin deməsindən asılı olmayaraq mən öz sözümü deyəcəyəm. Bu tərbiyəyə aid olmayan bir yanaşmadır”.

F.Mustafa deputatın üzvü olduğu Yeni Azərbaycan Partiyasının məsələyə münasibət bildirməli olduğunu qeyd edib:

"Necə yəni ailəsinə sahib çıxa bilməyib, dövləti satıb?! Deputatın belə bir ifadə işlətməsi, doğurdan da, biabırçılıqdır. YAP yəqin ki, məsələyə münasibət bildirəcək. Bir məsələni xatırlatmaq istəyirəm: heç olmasa prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncama baxsınlar. Görsünlər ki, prezidentin Rəsulzadəyə münasibəti nədir və YAP üzvünün Rəsulzadəyə münasibəti nədir? Bu, əslində Rəsulzadəyə qarşı çıxış deyil. Bu, birbaşa İlham Əliyevə, Heydər Əliyevə qarşı çıxışdır. Heydər Əliyevin Rəsulzadəyə verdiyi qiyməti oxusun və bundan sonra özünün nə dərəcədə böyük qəbahət işlədiyini anlasın”.

Parlamentari bu addımı həm də ölkə başçısının sərəncamına qarşı çıxmaq kimi qəbul edir. Onun sözlərinə görə, prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında Həmzəyevin bu cür danışması düşünməyə əsas verir:

"Azərbaycan ictimaiyyəti buna çox ciddi reaksiya verməlidir. Sovet rejiminin qarşısında kim öz ailəsini qoruya bilərdi ki?! 17 yaşlı oğlunu güllələdilər, körpə uşağını, ailəsini Qazaxıstana sürgün etdilər. Nə edə bilərdi? Ancaq öz canını götürüb 1922-ci ildə vətəndən getdi. Bu ifadəni işlətmək, ümumiyyətlə, Azərbaycan xalqına hörmətsizlikdir. Kimisə qəbul etməyə bilərsən. Amma onun ailəsinə, onun ruhuna hörmətsizlik göstərmək qətiyyən yolverilməzdir. Əgər YAP-ın üzvü belə bir söz deyirsə, bu artıq YAP-ın sədri, ölkə prezidenti İlham Əliyevin sərəncamına qarşı çıxmaq deməkdir. Onun sərəncamının doğru olmadığını iddia etmək deməkdir. Əgər bu iddiası varsa, çıxıb açıq söyləsin. Prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında bu adamın belə bir münasibəti, ümumiyyətlə, düşündürücüdür. YAP buna öz münasibətini mütləq bildirməlidir”.(AİM.AZ)

 

ULUYOL.İNFO


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300