Müsavat bəyanat yaydı:

Müsavat Partiyası ölkədə repressiyaların artmasına qarşı bəyanat yayıb. "Basta” redaksiyasına təqdim olunan sənəddə deyilir:

Azərbaycan hakimiyyəti 26 sentyabr tarixinə elan edilmiş referendum ərəfəsində Müsavat Partiyasına, AXCP-yə, REAL  və NİDA Vətəndaş Hərəkatına qarşı repressiya siyasəti həyata keçirir.

REAL hərəkatının rəhbərlərindən Natiq Cəfərlinin 12 avqust tarixində gecəyarısı həbs edilməsi ilə başlayan siyasi repressiya bir gün sonra NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın şərlənərək narkotik ittihamı ilə həbs edilməsi, Müsavat Partiyasının D-18 Vətəndaş Hərəkatının iştirakı, NİDA hərəkatının dəstəyi ilə  yaratdığı "Respublika” təşəbbüs qrupunun imza toplayanlarına qarşı təzyiq kapmaniyası ilə davam etdirildi.

Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə Müsavatın rayon təşkilatının sədri Nizami Abbaslıya qarşı  təziq edərək, imza vərəqələrini ondan götürməyə cəhd ediblər, ona qarşı təzyiqlər bu gün də davam etməkdədir.

Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Sarvan Vəliyev imza toplayarkən  sahə müvəkkilinin təzyiqinə məruz qalıb.

Abşeron və Siyəzən rayonlarında imza vərəqələri oğurlanıb.

Müsavat Partiyasının Qazax rayon təşkilatın sədri İlqar Mustafayev imza topladığına görə yerli icra hakimiyyəti nümayəndələrinin və polisin basqısına məruz qalıb.

Cəlilabad rayonunda imza vərəqələrini oğurlayıb qaçan şəxsi müsavatçılar saxlayıb polisə təhvil versələr də,  polis heç bir tədbir görməyib.

Qobustan rayonunda "Respublika” Təşəbbüs Qrupuna  imza toplayan Müsavat fəallarına təzyiq edilib, imza vərəqələri təxribatçılar tərəfindən cırılıb, bütövlükdə bu rayonda imza toplanmasına imkan verilməyib.

Masallı rayonunda Cəmilə Eynullayeva imza topladığına görə prokurorluğa çağırılıb.

Müsavat Partiyasının Məclis üzvü Rüfət Baxışbəyli imza topladığı üçün yerli hakimiyyət orqanları tərəfindən həbslə hədələnib,18 avqust tarixdə Elgiz Qəhrəmanın məhkəmə prosesi zamanı Bakı Apellyasiya Məhkəməsinin qarşısında NİDA rəhbərlərindən biri, "Respublika” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi  Turqut Qəmbər BŞBPİ-nə aparılaraq orda 4 saat qanunsuz olaraq saxlanıb.

Eyni gündə jurnalistlər Aytac Əlmədova və  İlqar Vəliyev saxlanıb, 19 avqust tarixdə AXCP üzvü Fuad Əhmədli və digər iki şəxs,  bu gün isə "Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli absurd ittihamla – F.Gülənlə əlaqədə ittiham edilərək şübhəl şəxs qismində 48 saatlığa tutulub.

Bütün bunlar hakimiyyətin referendum öncəsi başlatdığı repressiya dalğasının şiddətlənərək davam etdiyini göstərir.

Müsavat Partiyası hakimiyyətin bu repressiyalarını qətiyyətlə pisləyir, qanunsuz həbs olunanların və tutulanların dərhal azad edilməsini tələb edir.

Müsavat Partiyası həyata keçirilən repressiyaları referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi dəyərləndirir və Müsavat Partiyasının cümhuriyyətçilik uğrunda mübarizəsini digər demokratik təşkilatlarla birlikdə sona qədər davam etdirəcəyini bəyan edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300