Türk məşhurlar Lənkəranskinin yasına gələcək

Türkiyədə ölürülən qanuni oğru Rövşən Lənkəranskinin dəfnində tanınmışlar iştirak edəcək.

Bu barədə 24saat.org-un əldə etdiyi məlumata görə, məşhur türk aktyoru Necati Şaşmaz (Polad Ələmdar) və müğənni Mahsun Qırmızıgülün yas məclisində iştirakı gözlənilir. Lənkəranskinin hüzr mərasiminə dünyanın müxtəlif yerlərindən dostları, kriminal avtoritetlər, ayır-ayrı təbəqənin insanları gəlirlər.

Məşhur "qanuni oğru” "Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasın Birləşmiş Ərəb Əmirliyində – Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş.

Xatırladaq ki, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu "Range Rover”in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. "Range Rover”in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb.

Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300