konstutusiya

 Venesiya Komissiyasının referenduma müsbət rəy verməməsi nəticələri şübhə altına alacaq

Azərbaycan hakimiyyətinin başlatdığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqda yanaşı, bu reaksiyaların fonunda referenduma da münasibət bildirilir. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib: "Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişikliklər nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur. Bununla yanaşı, hesab edirik ki, Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir”.

Eyni zamanda Böyük Britaniyanın Avropa və Amerika Işləri üzrə naziri, ABŞ-ın Dövlət Departamenti də referendumla bağlı insan haqlarının pozuntusuna yol verilməməsinə çağırıb.

Baş verən hadisələrdə maraq doğuran məqam ondan ibarətdir ki, beyənəlxalq təşkilatlar Azərbaycan hökumətini Venesiya Komissiyasının rəyini almağa çağırır. Bu rəy alınmadan isə keçiriləcək referendumun legitimliyi ciddi şübhə doğuracaq.

Siyasi ekspertlərin sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvü kimi qanunvericilik sahəsində aparılan mühüm dəyişikliklərlə bağlı Venesiya Komissiyasına ekspertiza üçün müraciət etməlidir. Venesiya Komissiyası milli  qanunvericiliyə edilən dəyişikliklərin şura üzvü olan ölkələrin təşkilat qarşısında götürdüyü öhdəliklərə nə dərəcədə uyğun gəlməsiylə bağlı rəy verir. Avropa Şurasının üzvü olan Azərbaycan refrendumun keçirilməsi ilə bağlı komissiyaya müraciət etməli idi. Hakimiyyətin bu addımı atmaması referendumun nəticələrinin beynəlxalq aləmdə legitimlik qazanması ehtimalını xeyli azaldır. Bunu nəzərə alaraq ABŞ və Avropa Birliyi referendumla bağlı Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə əməkdaşlığa çağırıb. Beləliklə referendum yolu ilə Konstitusiyada nəzərdə tutulan dəyişikliklərə komissiyanın müsbət rəyinin alınmaması referendumun nəticələrinin beynəlxalq aləmdə qəbul edilməməsi ehtimalını artırır.

Azadlıq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300