Avropa tezliklə benzinli maşınlardan imtina edəcək
 
"The İndependent” yazır ki, Avropa qazıntı və mədən yanacağından xilas olmaq yolunda hərəkətini davam etdirir.

Son vaxtlar Hollandiya bir sıra yenilikçi "yaşıl enerji” qanunları qəbul edib.

Məqalədə deyilir ki, Hollandiya hökuməti 2025-ci ildə benzin və dizellə işləyən avtomobillərin satışını tamamilə qadağan etmək niyyətindədir.

Lakin bunun üçün Leyborist partiyasının hələ mart ayında verdiyi təkliflər parlamentdən keçməlidir. Bundan sonra Hollandiya da Norveç və Danimarka kimi elektrik avtomobilləri sənayesinin inkişaf etdirilməsini sürətləndirəcək.

Bu arada Almaniyada da alternativ və bərpa olunan enerji növləri nüvə və qazıntı yanacağını sıxışdırıb çıxarmaqda davam edir.

Avropadan kənarda, Hindistan və Çin avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün tədbirlər görür.

"The İndependent” yazır ki, Hollandiyanın siyasi partiyaları benzin və dizellə işləyən bütün avtomobillərin satışını qadağan etmək barədə qanun layihəsini oktyabrın 13-də müzaklirə etməlidirlər.

Avropa benzin və dizeldən xilas olmaq yolunda inamla hərəkət edir, İndependent nəşri yazır.

Hökumət ekspertləri bildirirlər ki, Hollandiya hökuməti Paris İqlim Dəyişikliyi Sazişindəki hədəfi qarşılamaq əzmindədir. Bu isə istixana qazları emissiyasının 80 faiz azaldılaraq 1990-cı il səviyyəsinə endirilməsi deməkdir.

"The İndependent” yazır ki, əgər benzin və dizel işlədən avtomobillərin 2025-ci ilədək tam qadağanı qanunu qəbul edilərsə, belə avtomobillər 2035-ci ilədək Hollandiyadan yox olacaq.

Bununla belə, Hollandiyanın Ətraf Mühit Nazirliyinin sözçüsü "The İndependent” qəzetinə deyib ki, sözü gedən qanun layihəsinin parlamentdən keçirilməsi elə də asan olmaya bilər.

Lakin burası bəllidir ki, Avropa benzin və dizeldən xilas olmaq yolunda inamla hərəkət edir.

Norveç qarşıdan gələn üç il üçün nəzərdə tutulmuş elektrik avtomobilləri satışı öhdəliyini artıq indidən icra edə bilib və əhaliyə 50 min elektrik avtomobili satılıb.

"The İndependent” yazır ki, hökumət elektrik avtomobilləri üzərindən əlavə gəlir vergisini götürüb.

Bu isə Norveç qanunlarına görə o deməkdir ki, elektrik maşınları hazırkı qiymətindən 50 faiz ucuz olacaq.

Bu arada Danimarka ötən ilin iyulunda külək enerjisindən o qədər elektrik alıb ki, onun artığını Almaniya, Norveç və İsveçə sata bilib (BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300