AResulzade

 Müsavat Partiyası deputat Naqif Həmzəyevin məsuliyyətə cəlb olunmasını tələb edir.

Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəni təhqir etməsi hiddətlə qarşılanıb.  Müsavat Partiyasının başqanı Arif hacılı Məhəmməd Əmin Rəsulzadəni təhqir edən Nadif Həmzəyevin cinayət məsuliyyətinə cəlb olunmasının tələb edib. "Basta”ya açıqlamasında Arif Hacılı bildirib ki, bununla bağlı Respublika Prokurorluğuna və Milli Məclisə müraciət olunacaq.

Müsavat başqanının müavini Səxavət Soltanlı da Naqif Həmzəyevin Rəsulzadənin ünvanına dediyi təhqirlərə sərt reaksiya verib. Səxavət Soltanlının yazısını təqdim edirik:

"Saxta parlament seçkilərindən sonra təyin olunmuş "deputat"lar onları təyin edənlərin borclarını qaytarmağa başlayıblar. Sıra ilə, ən gəncindən başlayıblar. Naqif Həmzəyev adlı biri Rəsulzadəni - Azərbaycan Respublikasının yaradıcısı olan əsas şəxsi xəyanətkar, satqın adlandıracaq qədər boşboğazlıq etməklə öz borcunu qaytaramağa, öz xidmətini göstərməyə başlayıb...

Bu adamlar hansı kitabları oxuyublar, Azərbaycan tarixini niyə öyrənməyiblər, belələrini təyin edənlər niyə xəcalət çəkmirlər?

Əlbəttə Rəsulzadənin kimliyini, şəxsiyyətini tam şəkildə dərk edən birinin deputat təyin edilməsi təəccüblü olardı.

Bu hakimiyyətin yetişdirdiyi gənc bundan artıq savada, düşüncəyə və dünyagörüşünə sahib ola bilməzdi. Bu hakimiyyət və əlaltılarının Rəsulzadəyə düşmənçiliyinin sadə səbəbləri var. Rəsulzadənin ruhu ilə illərdir mübarizə aparırlar, özlərinin liderlərini xalqa Azərbaycanın banisi kimi sırımaq istəyirlərlər. Amma xalqın Rəsulzadə sevgisi bu arzularını gerçəkləşdirməyə imkan vermir. Böyükləri hər açıq və qapalı tədbirlərdə bunu biruzə verir, Rəsulzadəyə nifrət aşılayırlar. Yeni yetirmələri də bu tərbiyəni öyrənir, iİlk fürsətdə də bunu biruzə verirlər.

Əgər Rəsulzadə və silahdaşları zamanında dövlət elan etməsəydilər, bu gün Azərbaycan adlı müstəqil dövlətin olmayacağını, ən yaxşı halda Çeçenistan kimi, ya da sıradan mədəni muxtariyyati olan türk xalqlarından biri kimi Rusiyanın əlaltısı olacağımızı başa düşməyən biriləri, nə dövlət, nə millət, nə insanlıq, nə də müstəqillik düşünməzlər.

Onları indi yalnız vəzifə və talançılıq düşündürür. Belə düşüncəlilər təbii ki, Rəsulzadə dəyərini başa düşəcək səviyyədə və ağılda ola bilməzlər.

Belə açıqlamaların bir səbəbi də odur ki, bu hakimiyyəti müdafiə edəcək heç bir savadlı gənc yetişməyib. Heç bir savadlı gənc bu hakimiyyəti müdafiə etmək fikrində deyil. Savadsız və tamahkar gənclik də belə rüsvayçı açıqlamadan başqa bu hakimiyyətə heç nə verə bilməz. Aydın düşüncəli gənclərin, Azərbaycanı düşünən hər kəsin Rəsulzadəni qiymətləndirməsi və sevməsi bu hakimiyyətdəkilərin illərdir bu istiqamətdə xərclədiyi milyonlara qalib gəlib. Bunları belə sərsəm açıqlama verməyə məcbur edən səbəblərdən biri də budur.Azərbaycan xalqı isə kimin kim olduğunu çox gözəl bilir”.(bastainfo.com)

 ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300