cehbeci vasif feteliyev
 
Avqustun 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Beyləqan rayon şöbəsinin fəalı
Vasif Fətiyev saxlanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının deyir ki,
Vasif Fətiyevi küçədə polis tutub.

Gözəl Bayramlının sözlərinə görə, həmin vaxt AXCP Beyləqan şöbəsinin sədri Füzuli
Qəhrəmanlı da təzyiqə məruz qalıb.

"Vasif Fətiyevin saxlanmasının səbəbləri bəlli deyil”, o qeyd edib.

Ancaq, hələlik, Vasif Fətiyevin saxlanması ilə bağlı deyilənlərə Beyləqan Rayon
Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Avqustun 18-də AXCP-nin iki üzvü də saxlanmışdı.

Onlardan partiyanın Suraxanı şöbəsinin fəalı Qədim Bəkirova 25 günlük inzibati
həbs verilib. O, poisə tabe olmamaqda günahlandırılıb.

Digər cəbhəçi - AXCP-nin Xətai rayon şöbəsinin gənclər komitəsinin sədri Fuad
Əhmədlini isə Dövlət Təhlükəsizlik Xidməti saxlayıb.

Azadlıq.org

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300