Türklərin 84 faizi çevrilişdə Qərbi günahlandırır
 
The Economist yazır ki, son rəy sorğularından biri türklərin 84 faizinin baş tutmamış çevriliş cəhdininin arxasında Qərbin durduğuna əmin olduğunu göstərib.

Bunlardan 70 faizi cəhddə konkret olaraq Birləşmiş Ştatların əli olduğunu düşünür.

Hazırda Erdoğan hökuməti Amerikada yaşayan Fethullah Gülenin ekstradisiyasını tələb edir. Ankara çevriliş cəhdininin məhz Pensilvaniyada yaşayan bu müsəlman vaizi tərəfindən planlaşdırıldığını iddia edir.

"The Economist” yazır ki, Erdoğan hökumətinin ABŞ qarşısında "ya Gülen, ya da Türkiyə” tələbini qoyması təəssüf doğurur.

Məqalədə deyilir ki, ictimai rəyin məhz bu sayaq formalaşmasıda qismən də Qərbin özü günahkardır.

Almaniya və ABŞ-ı çıxmaq şərtilə əksər Qərb ölkələri Türkiyədəki çevriliş cəhdini pisləməkdə ləng tərpənib.

Bunun ardınca isə Türkiyədə çevriliş cəhdi şübhəlilərinə qarşı həbs və başqa sərt tədbirlərin tətbiqi davam edir.

Üstəlik Qərb Türkiyədə davam edən bu repressiyaları kəskin tənqid etməklə türk ictimai rəyini daha da yadlaşdırıb.

Məsələn, Avstriya Avropa İttifaqını Türkiyə ilə hər hansı üzvlük danışıqlarının dayandırılmasına çağırıb.

Almaniya hökuməti Köln şəhərində Erdoğan tərəfdarlarının izdihamlı mitinqində Türkiyə prezidentinin videoəlaqə ilə canlı müraciətinin translyasiyasını qadağan edib.

Bu günədək heç bir Avropa İttifaqı ölkəsinin başçısı Türkiyəyə səfər etməyib.

Çevriliş cəhdi ardnıca küçələrə çıxan izdiham hökumətə dəstəyini bildirib.

Bəzi ekspertlərin fikrincə, ABŞ vitse-prezidenti Co Baydenin avqustun 24-ə nəzərdə tutulmuş səfəri çətin ki, ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi aradan qaldırsın.
Türkiyənin Londondakı səfiri Ünal Çeviköz deyir ki, ABŞ Türkiyəyə daha güclü siyasi dəstək verməli idi.

Türkiyə rəsmiləri israr edirlər ki, çevriliş cəhdi baş tutsa idi, indi vəziyyət daha pis olacaqdı və Avropa Türkiyənin demokratiyanı fədakarlıqla müdafiə etməsini dəstəkləməməklə onu məyus edib.

"The Economist” yazır ki, bütün bu giley-güzara baxmayaraq, Avropa cevriliş cəhdinin ardınca Gülen hərəkatına bağlı olmaqda şübhəli bilinənlərə qarşı həyata keçirilən həbs, təqib və repressiyaları pisləməkdə haqlıdır.

Artıq indiyədək 80 min insan həbs edilib, işindən qovulub, rütbəsi əlindən alınıb. 100-dək jurnalist həbsə atılıb, yüzdən artıq media qurumu bağlanıb.

"Adi kriminalları həbsxanalardan azad edirlər ki, siyasi səbəblərlə həbs olunanlara yer düzəlsin” – yazır "The Economist”.

Lakin keçmiş türk diplomatlardan Sinan Ülgen deyir ki, Qərb özünün Türkiyəyə təsir gücünü tamamilə aşındırıb. Onun sözlərinə görə, halbuki indi bu təsir gücünə həmişə olduğundan daha böyük ehtiyac var.

"The Economist” yazır ki, Qərbə və fethullahçılara qarşı qəzəb, Ərdoğan üçün, onun özünün son illərdə edə bilmədiyini edib.

Ötən iyun ayından bəri prezidentin populyarlıq reytinqi 47 faiz idisə, indi bu rəqəm rekord 68 faizə çatıb.

Ərdoğanın nəzərində hökumətə xaricdən yalnız bir güc adekvat dəstək verib: Rusiya.
Türkiyə prezidenti deyib ki, Qərbdən fərqli olaraq Putin onu tənqid etmir.

Türkiyə prezidenti deyib ki, Qərbdən fərqli olaraq Putin onu tənqid etmir.

"The Economist” yazır ki, Ərdoğanın tapdığı təsəlliyə baxmayaraq, Putinin də Türkiyə hökumətinə verə biləcəyi dəstəyin hüdudu var.

ABŞ-da mənzillənmiş türk ekspert Söner Cağatay deyib ki, Rusiya və Türkiyə Suriya münaqişəsi məsələsində ortaq məxrəcə gələ bilməyəcəklər.

Bir Qərb dipliomatı isə "The Economist” məcmuəsinə bildirib ki, məhz buna görə də NATO Türkiyənin bir müddət alyansdan uzaqlaşmasından narahat olmamalıdır (BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300