Ərdoğan İrana niyə gedir? – İlginc iddialar
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana gözlənilən səfəri maraqlı iddialara yol açıb.
 
Axar.az xəbər verir ki, İsrail kəşfiyyat xidmətlərinə yaxınlığı ilə tanınan Debka.com saytı danışıqlar zamanı yeni "Yaxın Şərq Bloku” yaradılmasının müzakirə olunacağını iddia edib:
 
"Ərdoğanın Putinlə görüşdən iki gün sonra İrana getmək qərarı rəsmi Ankaranın regional siyasətinin kökündən dəyişdiyini göstərir. Görüşlərdə Türkiyə, Rusiya və İrandan ibarət Yaxın Şərq Blokunun yaradılması müzakirə oluna bilər. Ayrıca, Hizbullahın Suriyadakı fəaliyyəti də danışıqlarda müzakirə olunacaq”.
 
Kremlə yaxınlığı ilə tanınan Katehon.com saytı da Ərdoğanın səfəri ilə bağlı maraqlı məlumat yayıb.
 
Xəbərə görə, böhranın həlli ilə bağlı Suriyanın da daxil olduğu dörd dövlətin vahid komissiyası yaradıla bilər.
 
Xatırladaq ki, Ərdoğan-Putin görüşündə Suriya məsləsinin həlli üçün komissiya yaradılması barədə razılıq əldə olunmuşdu.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300