perviz1

Bəhruz Bayramov: "Pərvizi şərləyirlər ki, guya 3 yaşlı uşağı döyüb”


 

Gununsesi.info portalının rəhbəri, vicdan məhbusu Pərviz Həşimli hazırda  Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsindədir. Bu barədə onun vəkili Bəhruz Bayramov müsavat.com-a açıqlamasında bildirdi. O, dedi ki, artıq müvəkkili ilə görüşüb. 

Baş vermiş insidentin təfərrüatlarını açıqlayan vəkilin sözlərinə görə, hər şey P.Həşimlinin Gənclik həndəvərindəki bir yeməkxanadan çıxan vaxt milli təhlükəsizlik nazirinin eks - müavini Hilal Əsədovun həyat yoldaşı, 14 saylı Uşaq Poliklinikasının müdiri Nüşabə Əsədova və onun sürücüsü ilə qəfil qarşılaşması zamanı baş verib: "Nüşabə Əsədova sürücüsünə deyib kİ, mənim poliklinikanın baş həkimliyindən çıxarılmağımla bağlı xəbəri yazan adam budur. Sürücü də Pərvizə yaxınlaşıb ki, niyə yalan məlumat yaymısan, xanım vəzifəsindən çıxmayıb. Pərviz cavab verib ki, həmin vaxt biz xanımın özü ilə bu xəbəri dəqiqləşdirmək istəsək də, telefonlarımıza cavab vermədi. Bu zaman mübahisə uzanıb. Pərviz isə bu baş verənlərin hamısını telefonla çəkib. Nüşabə Əsədova deyib ki, mənim həyat yoldaşım general olanda bütün Azərbaycan mənə "çest” verirdi. Pərviz hiss edib ki, onu təxribata çəkmək istəyirlər, ona görə də uzaqlaşıb. Çox güman ki, qarşı tərəf də bu zaman nə etdiyinin fərqinə varıb və sürücü arxadan Pərvizə çataraq ondan mobil telefonunu almağa cəhd edib. İnsidentə polis müdaxilə edib və hər iki tərəf polis bölməsinə gətirilib”. 

B.Bayramov dedi ki, qarşı tərəf ərizə yazaraq guya ki, P.Həşimlinin 3 yaşlı bir uşağı vurduğunu iddia edib. Onun sözlərinə görə, poliklinikanın işçilərini də şahid olaraq gətiriblər: "Halbuki onların gördüyü iş jurnalistin fəaliyyətinə mane olma, özbaşınalıq və xuliqanlıqdır. Bu əməl birbaşa zorakılığa daxildir”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300