Müsavat Partiyası başqanı Arif Hacılı referendumla bağlı yaradılmış "Respublika" təşəbbüs qrupunun fəallarına qarşı olan təyziqləri pisləyib.Uluyol.info xəbər verir ki, Partiya başqanı sosial şəbəkə üzərindən son günlər baş verən prosesləri analiz edib.Həmin yazını təqdim edirik:

 

  "Bu gün əksər şəhər və rayonlarda yüzlərlə Müsavat fəalı ölkədə ailə hakimiyyətinin möhkəmləndirilməsi üçün keçiriləcək referenduma qarşı qrup yaratmaq məqsədi ilə imza topladıqları üçün təqib olunur, təhdid edilir.


Yüzlərlə imza verənlər təziq altında onlara qarşı qaldırılır.


Heç 2013 - cü il prezident seçkilərinin bu mərhələsində belə təziqlərlə üzləşməmişdik.


Görünür indiki ağır şərtlər, yay mövsümü, seytnot vəziyyətinə baxmayaraq bütün ölkə ərazisində müqaviməti təşkil etmək gücündə partiyanın mövcudluğu hakimiyyət üçün gözlənilməz olub.


Onlar düşünürdü kı, müxalifəti həll ediblər. Gördülər ki, yanılıblar. Ölkə miqyasında icra strukturlarının isterika vəziyyətinin başqa izahı yoxdur.


Baş verənləri kənardan seyr edənlərə deyirəm ki, ağır siyasi şərtlər daxilində
mübarizəni davam etdirənlərə hər kəs minnətdar olmalı, onların qarşılarında şapqa çıxarılmalıdır.


Biz istənilən şəraitdə mübarizəmizi davam etdirəcəyik.


Mübarizəmiz cəmiyyətin maraqları naminədir.


Cəmiyyətdən umduğumuz dəstəyi də gec ya tez alacağımıza inamımız hüdudsuzdur".


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300