Əsl ''Süleyman Çakır'' azadlığa çıxır
 
Türkiyədə mafiya liderlərindən hesab olan Əlaəddin Çakıcı həbsdən azad ediləcək.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çakıcının vəkili Can Sevinc paylaşıb. Çakıcının Türkiyədə elan edilən amnistiya ilə azadlığa çıxacağı bildirilib.
 
Qeyd edək ki, bu gün Türkiyədə 38 min nəfər məhbusun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edilib.
 
Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, "Qurdlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300