Təl-Əviv Ankaraya 20 milyon dollar təzminat ödəyəcək
 
Türkiyə-İsrail münasibətlərinin normallaşması ilə bağlı razılaşma sənədi ratifikasiya üçün parlamentin gündəliyinə daxil edilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sənəd layihəsini Böyük Millət Məclisinin sədrinə təqdim etdiklərini, onun həmin razılaşmanı parlamentin müzakirəsinə çıxaracağını söyləmişdi. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib.
Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülmüşdü.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300