'Hakimiyyət xalqı böhrandan xilas etmək əvəzinə, öz rejimini, ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçir''


"Əliyev rejiminin ilk siyasi məhbuslarından biri olaraq Əliyev rejiminin son siyasi məhbusu üçün "priz" təsis etməyi düşünürəm''.

Hələlik əsas namizədlər Natiq Cəfərli və Elgiz Qəhrəmandır".

Bu açıqlamanı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz "facebook" səhifəsində paylaşıb.

Yazdıqlarını Meydan TV-yə şərh edən İ.Qəmbər bildirib ki, yeni həbs dalğası Azərbaycan hakimiyyətinin hərtərəfli və dərin böhran içində olmasının təzahürüdür: "Mövcud vəziyyətlə əlaqədar siyasi qüvvələr və təşkilatlar böhrandan çıxmağın yolları haqda bir sıra təkliflər irəli sürdülər, Milli Strateji Düşüncə Mərkəzi olaraq "Yol xəritəsi"ni təklif etdik. "Yol xəritəsi" qəbul olunsaydı, Azərbaycanı böhrandan xilas etmək imkanı yaranacaqdı. Təəssüf ki, hakimiyyət ölkəni, xalqı böhrandan xilas etmək əvəzinə, öz rejimini, ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçir. 26 sentyabr referendumu da bunun sübutudur. Bu kontekstdə cəmiyyətdə qorxu mühitini gücləndirmək istəyirlər. Çünki bir tərəfdən cəmiyyətin fəallaşması, digər tərəfdən ölkədə sosial-iqtisadi şərtlərin daha da ağırlaşacağı baxımından ictimai-siyasi fəallığın daha da artacağı şübhəsizdir. Ona görə də, Əliyev rejimi bütövlükdə cəmiyyəti, demokratik düşərgəni qorxutmaq istəyir. Bir tərəfdən Natiq Cəfərlini həbs etməklə iqtisadçılara, Elgiz Qəhrəmanı həbs etməklə gənclərə xəbərdarlıq edir. Eyni zamanda, bu tipli reperessiyalara yönəlik addımlar var. Bunlar hamısı rejimin qorxu mühitini gücləndirmək cəhdləridir. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Artıq qorxudan keçib, hərə öz mövqeyini ortaya qoyur. Heç həbs nə cəmiyyətin mövqeyini qorxutmayacaq, nə də ölkənin problemlərini həll etməyəcək".

İ.Qəmbər hesab edir ki, hakimiyyətin son addımları xalqın maraqlarına zidd olduğu kimi öz mənafelərinə də fayda gətirməyəcək: "Hesab edirəm ki, hakimiyyət artıq tükənir, ancaq prosesin bu gün, ya da sabah bitəcəyini indidən demək olmaz. Sadəcə, proses o istiqamətə getdiyindən mükafat təsis etməyi düşünürəm. Şərtlərinə gəldikdə, tələsməyə ehtiyac yoxdur. Hələ rejimin son məhbusunun bəlli olmasına çalışmalıyıq. O zaman onu mükafatlandırmaq problem olmayacaq".


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300