Keçmiş SSRİ-nin 11 ölkəsinin 35 yaşından yuxarı əhalisinin böyük hissəsi sovet dövründə həyatın indiki zamandan daha yaxşı olduğunu bildirib.

 

Axar.az xəbər verir ki, bu nəticə "Sputnik” agentliyinin sifarişi ilə keçmiş SSRİ-nin 11 ölkəsində aparılan sorğudan sonra ortaya çıxıb.

 

Yalnız iki ölkədə 35 yaşdan yuxarı olan şəxslər SSRİ dövründəki həyatın daha pis olduğunu bildiriblər. Bu ölkələr Tacikistan və Özbəkistan olub. Taciklərin 39%-i, özbəklərin isə 40%-i SSRİ zamanında onlar üçün yaşayışın pis olduğunu bildiriblər. Bunun əksinə olaraq isə ermənilərin 71%-i, azərbaycanlıların 69, rusiyalıların 64, qazaxların 61, moldovalıların 60, ukraynalıların 60, qırğızların 60, belorusların 53, gürcülərin 51%-i SSRİ dövründəki həyatın indiki zamandan daha yaxşı olduğunu söyləyiblər.

 

11 ölkədə 25 yaşa qədər olan gənclər arasında keçirilən sorğuda isə tamamilə fərqli cavablar müşahidə olunub. Bu ölkələrdəki gənclərin böyük bir qismi SSRİ zamanına qayıtmaq istəmədiklərini söyləyiblər. Bu sahədə daha böyük göstərici Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda müşahidə edilib. Belə ki, moldovalıların 17%-i, ermənilərin 48, qırğızların 48, qazaxların 56, belorusların 57, gürcülərin 79, ukraynalıların 39, rusların 63, azərbaycanlıların 68, taciklərin 84, özbəklərin 89%-i müstəqil ölkələrindəki həyatı daha çox sevdiklərini bəyan ediblər.

 

Hər iki nəslin nümayəndələrinin cavablarının ümumi nəticəsinə əsasən, agentlik ermənilərin 64%-nin, moldovalıların 62, rusiyalıların 55, qazaxların 52, azərbaycanlıların 50, belorusların 49, qırğızların 48, ukraynların 48, gürcülərin 43, taciklərin 28, özbəklərin 4%-nin SSRİ zamanındakı həyata qayıtmaq istədiyi qənaətinə gəlib.

 

Qeyd edək ki, sorğu 4-15 avqust tarixləri arasında 11 ölkədə 12645 nəfər arasında keçirilib. Azərbaycandan sorğuda 1000 nəfər iştirak edib.

 

Diaqramlar buradadır: ria.ru

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300