ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları tərəfindən "Android" sistemi ilə işləyən smartfonlar üçün hazırlanmış mobil proqram qurğu sahibinin son bir neçə saat və ya gündə nə barədə yazışdığını, kiminlə ünsiyyət saxladığını, internetdə nə axtardığını öyrənməyə imkan verir. 

Proqramın yaradıcıları bu üsulun kriminalistlərə faydalı olacağını düşünürlər. Proqramın hazırlanmasına 9 ay vaxt sərf olunub.

 Mobil proqram "RetroScope" adlandırılıb. Proqramın iş prinsipi qrafik kontrollerin köməyi ilə smartfonun ekranına çıxarılmış son təsvirlərin surətini əməli yaddaşdan əldə etməkdir.

"Android" mobil əməliyyat sisteminin yaradıcısı "Google" korporasiyası son təsvirlərin surətinin əməli yaddaşından silinməsini nəzərdə tutmadığından belə mobil proqram yaratmaq mümkün olub. Alimlərin fikrincə, son təsvirlərin yaddaşda saxlanılması nəticəsində bağlanmış proqramı yenidən işə saldıqda interfeys daha sürətlə açılır.

Proqramın yaradıcıları sınaq zamanı "Gmail", "Skype", "WeChat", "WhatsApp", "TextSecure", "Telegram" daxil olmaqla 15 müxtəlif mobil proqramda 3-dən 11-dək olan son təsvirləri ələ keçirə biliblər.

Tədqiqatçılar bildirirlər ki, bu informasiyanı silməyin yeganə üsulu smartfonu yenidən yükləmək və ya söndürüb yenidən işə salmaqdır./AZƏRTAC

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300