REAL hərəkatının dünən axşam saxlanılan gənc üzvü Toğrul İsmayılov 7 sutka inzibati həbs cəzası verilib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə REAL üzvləri sosial mediada məlumat yayıb.
Həbs olunan digər gənc Elşən Qasımov isə bir qədər əvvəl Səbail rayon Məhkəməsinə gətirilib.
Hər iki gənc referendumla bağlı yaradılmış və ilkin qeydiyyatdan keçmiş Respublikaçı Alternativ Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.
Qeyd edək ki, avqustun 22-də referendumla bağlı imza toplanması başa çatır.