Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşının ölümünə səbəb olan polis mayoru sərəncama göndərilib.

Axar.az xəbər verir ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün iyun ayında keçirilən əməliyyat zamanı bir polisin xidmət yoldaşı tərəfindən öldürülməsi faktı üzrə araşdırma yekunlaşıb. Nəticədə Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Vasif Şaiq oğlu Bağırovun ölümünə səbəb olan Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis mayoru Altay Rəfiyev sərəncama göndərilib. Əmrdə qeyd edilib ki, polis mayorunun daxili işlər orqanlarında qalıb-qalmayacağı məsələsinə də baxılacaq.
 
Nazirin əmri ilə Ağstafa RPŞ-də iki  – həm xidmət, həm də əməliyyat işləri üzrə müavinlər də vəzifədən azad ediliblər.
 
Qeyd edək ki, 27 yaşlı Vasif Bağırovun ölümü ilə nəticələnən əməliyyat gecə saatlarında keçirilib. T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 


Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılır. Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300