Müsavat bəyanat yaydı:
 
Müsavat Partiyası AXCP üzvü Məsud Rzalının şərlənərək 30 sutkalıq həbs edilməsi,AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsxanada ölümlə təhdid olunması və "REAL” Vətəndaş Hərəkatının rəhbərlərindən olan Natiq Cəfərlinin gecəyarısı həbs edilməsi  ilə bağlı bəyanat yayıb. 
 
 Bəyanatda deyilir: 

"Azərbaycan hakimiyyəti region ölkələrinin əsas diqqətinin Türkiyədə baş verənlərə, demokratik qüvvələrin ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəldiyi, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin istirahətdə olduğu, ictimai diqqətin Braziliyada keçirilən Olimpiya oyunlarına cəmləndiyi məqamda mövcud rejimi daha da gücləndirmək, hakimiyyəti bir ailənin əlində toplamaq üçün hüquqi bazanı möhkəmləndirmək məqsədi ilə tələm-tələsik, xalq qarşısında heç bir izahat işi belə aparmadan referendum keçirir. 

Referendum kampaniyasının hələ ilk mərhələləri başa çatmamış hakimiyyət repressiya tədbirlərini davam etdirir. Bir gün ərzində ölkədə həyata keçirilən 3 hüquqazidd hərəkət iqtidarın ölkəni hansı istiqamətdə sürükləmək istədiyini bir daha təsdiqləyir. AXCP üzvü Məsud Rzalının şərlənərək 30 sutkalıq həbs edilməsi, həbsinin əsas səbəbinin AXCP-nin sədri Əli Kərimlinin qaynı olmasının kimsədə şübhə doğurmadığı Elnur Seyidovun həbsxanada ölümlə təhdid olunması və "REAL” Vətəndaş Hərəkatının rəhbərlərindən biri olan Natiq Cəfərlinin gecəyarısı həbs edilməsi hakimiyyətin referendum qabağı yeni repressiya dalğasına start verdiyini təsdiqləyir.

Müsavat Partiyası hakimiyyətin bu repressiya tədbirlərini qətiyyətlə pisləyir, bu özbaşınalıqlara son qoymasını, həbs olunanların dərhal azad olunmasını, həyatına qəsdlə təhdid olunan Elnur Seyidovun məsələsinə aydınlıq gətirilməsini, günahkarların cəzalandırılmasını tələb edir. 

Müsavat Partiyası həyata keçirilən repressiyaların referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi qiymətləndirir. Bu kimi hərəkətlərin onsuz da baş tutmayacağı gözlənilən referendumun nəticələrinin əvvəlcədən şübhə altına alınmasına əsas verən əlavə faktlar olduğunu bəyan edir". 
 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300