Messi Argentina yığmasına qayıtmaq barədə qərar verib
 
Lionel Messi Argentina millisindəki çıxışını bərpa etməyə qərar verib.
 
APA-nın "Mundo Deportivo" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə L.Messi rəsmi açıqlama yayıb.
 
"Mən ölkəmi sevirəm. Bu gün Argentina futbolunda problem az deyil. Odur ki, mən əlavə çətinlik yaratmaq niyyətində deyiləm”, deyə L.Bildirib. 
 
L.Messi iyunun sonunda yığmada karyerasını başa vurduğunu bəyan etmişdi.
 
O, bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlamışdı.  "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirmişdi.
 
Qeyd edək ki, Argentina yığması Messi ilə birgə 2007, 2015 və 2016-cı illərdə Amerika Kuboku, 2014-cü ildə isə dünya çempionatının finalında məğlub olub. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300