Fikrət Fəraməzoğlu: «Dekabrın 2-də Masallıda olacam, əgər Rafil Hüseynovun cəsarəti varsa, məni həbs etdirsin»

«Masallının icra başçısı Rafil Hüseynov mənim rayona gəlişimə qadağa qoyub». Bunu JAM.AZ-a açıqlamasında baş redaktor Fikrət Fəraməzoğlu bildirib

O bildirib ki, belə qəribə xəbərdarlığı bu gün alıb və yaxın dostları ondan xahiş ediblər ki, diqqətli olsun. «Dostlarım zəng edib bildirdilər ki, icra başçısı Rafil Hüseynov onun haqqında yazdığımız tənqidi yazılardan bərk qəzəblənərək, mənim Masallıya gəlişimə qadağa qoyub. Bununla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına da təlimat verib ki, rayona gedəcəyim təqdirdə bir bəhanə ilə saxlanılmağımı təmin etsinlər». 

Fəraməzoğlu qeyd edib ki, əslən Masallı rayonundan olduğundan orada baş verənlərlə bağlı mütəmadi olaraq JAM.AZ-da məlumatlar yayımlayıb. «Ora mənim doğulduğum, böyüdüyüm, ailəmin, yaxınlarımın, uzaqlarımın yaşadığı yerdir. Rayonun problemlərini həlli üçün onları işıqlandırmağı da özümə borc bidlmişəm. Bu Rafil Hüseynovdan də, Qəzənfər Ağayevdən də əvvəl olub və bu gün davam edir. Sabah da davam edəcək. Lakin Rafil Hüseynov digər icra başçılarından fərqli olaraq, dözümsüz hərəkətləri ilə yanaşı, həm də kəmsavadlığı ilə diqqəti çəkir. Bu adam Prezidentin yerdəki səlahiyyətli nümayəndəsi olaraq qanunun aliliyini təmin etmək əvəzinə, qanunu ayaqları altına atır. Ona heç kim o ixtiyar və səlahiyyəti verməyib ki, heç bir əsas olmadan hansısa vətəndaşı evinə, doğmalarına getməyi qadağan etsin. Görünür, bu adam MTN-də işləyən bacısı oğlundan Eldar Mahmudovun taktikalarını öyrənib. Yoxsa, bir icra başçısı ağlını o qədər itirməlidir ki, rayon sakinini doğma elinə, obasına, evinə gəlməsini qadağan etsin». 

Fəraməzoğlu daha sonra «Dekabrın 2-də Masallıda olacam, əgər Rafil Hüseynovun cəsarəti varsa, məni həbs etdirsin» deyə bildirib. 

Baş redaktor vurğulayıb ki, Rafil Hüseynovun əsas məqsədi maksimum dərəcədə onun tənqidi yazılardan imtina etməsinə nail olmaqdır. Lakin Fikrət Fəraməzoğlu vurğulayır ki, əgər Masallının icra başısı belə fikirdədirsə, onu yuxusunda belə görməyəcək. «Rafil Hüseynov artıq üçüncü dəfədir məni məhkəməyə verib. Birinci dəfə 5000 manat cərimə etdirib. İkinci dəfə 1 il iş kəsdirərək, islah işlərinə cəlb edilməmə nail olub. Hazırda bununla bağlı apelyasiya şikayətimizi hazırlayırıq. İki gün öncə isə yenidən məhkəməyə verərək, 3000 manat təzminat tələbi qaldırıb. Nəzərimcə, Rafil Hüseynov əyləncələrdən başı ayılmayan oğlunun xərclərini mənim hesabıma qarşılamaq fikrinə düşüb». 

Fikrət Fəraməzoğlu onu da qeyd edib ki, Masallı Məhkəməsinin hakimi ilə əlbir olan Rafil Hüseynovun onunla bağlı yeni planları olduğundan da xəbər tutub və bununla bağlı dəqiqləşdirmələrdən sonra ictimaiyyətə geniş açıqlama verəcək. 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300