Bloqqer Mehman Hüseynov: "Dedilər, deputat axunda tapşırıb ki, məsciddə azan verilməsini istəmir”

"Facebook” sosial şəbəkəsində "Sancaq production” səhifəsinin idarəçisi, bloqqer Mehman Hüseynov avqustun 11-də bir video paylaşıb.

10 milyonluq imarəti olan Tahir Süleymanov qardaşı ilə Şabran polisini necə idarə edir? - ŞOK VİDEO

Həmin videoda hasarlanmış böyük bir ərazidə villa görünür. Müəllif bu villanın Şabranda yerləşdiyini və onun bu rayondan seçilmiş deputat Tahir Süleymanova məxsus olduğunu iddia edir.

Mehman Hüseynov çəkiliş zamanı sual edir: "1500 manat maaş alan deputat bu villanı necə tikdirib?” Az sonra mülkigeyimli bir şəxs ona yaxınlaşır. 

– Çəkiliş zamanı "Jeep” avtomobildə bir şəxs yaxınlaşdı və özünü deputatın qardaşıoğlu kimi təqdim etdi. Məni deputatla nahara dəvət etdi və mən də etiraz etmədən onunla yola düşdüm.Məni apardılar restorana və məlum oldu ki, restoran da Tahir Süleymanova məxsusdur. Az sonra daha bir nəfər gəldi və bu şəxs özünü deputatın qardaşı, həm də sözügedən villanın sahibi kimi təqdim etdi. Bizimlə şirin dillə danışaraq soruşdular: "Necə edək ki, bu video yayılmasın? Orda olan kadrları necə pozaq? Biz sizə nə təklif edə bilərik...” Mən də cavab verdim ki, villanı çəkməmişəm, bu il multikulturalizm ili olduğundan yaxınlıqdakı məscidi çəkmişəm. Mən kadrları xilas etməkdən ötrü belə dedim. Az sonra polislər gəldi və evin sahibi Tahir Süleymanovun onun mülkünü icazəsiz çəkdiyimdən şikayət etdiyini bildirdilər. Məni birbaşa polisə apardılar. Yenidən sorğu-sual başladı ki, "niyə evi çəkmisiz, kim sizi göndərib” vəs. Cavab verdim ki, "turist kimi gəlmişəm və baxımsız məscidi görəndə onu çəkmək istədim”.

 – Bəs kadrlara baxdılarmı?

– Tələb etdilər, mən də göstərdim, artıq mən bəzi görüntüləri gizlədə bilmişdim. İzahat yazmalı oldum. Orda da yazdım ki, villanın kimə aid olduğunu bilmirəm, məscidi çəkmişəm. Bildirdilər ki, rayonu tərk etməliyəm. Mən məscidin qarşısında son kadrı da çəkib rayondan çıxdım.(7news.az)

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300